Modern.az

“Xiaomi” robot itlərini təqdim etdi

“Xiaomi” robot itlərini təqdim etdi

Aktual

11 Avqust 2021, 00:03

Çinin “Xiaomi” şirkəti “CyberDog” adlı dörd ayaqlı robotunu təqdim edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, robot 12 km / saat sürətlə hərəkət etməyi bacarır.

 

Robotun çəkisi 3 kiloqramdır və kameralar, sensorlar, GPS modulu və geniş bucaqlı gözlə təchiz olunub. “CyberDog” Amerikanın “Nvidia” şirkətinin “Jetson Xavier” adlı süni zəka platformasında hazırlanıb.

 

“Xiaomi” ilk partiyada 1000 ədəd istehsal ediləcəyini və birinin qiymətinin təxminən 1,540 ABŞ dolları olacağını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular