Modern.az

“Fatimeyi-Zəhra” məscidi istifadəyə hazırdır - Bəs nə vaxt AÇILACAQ?

“Fatimeyi-Zəhra” məscidi istifadəyə hazırdır - Bəs nə vaxt AÇILACAQ?

18 Avqust 2021, 11:41

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin inşası yekunlaşıb. Dini ibadət ocağı artıq istifadəyə tam hazırdır.

 

Modern.az məscidin nə zaman istifadəyə veriləcəyi barədə məlumat əldə etmək üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

 

Komitədən bildirib ki, “Fatimeyi-Zəhra” məscidinin açılış vaxtı dəqiqləşməyib:

 

“Düzdür, məscid istifadə üçün hazırdır. Lakin nə zaman istifadəyə veriləcəyi bilinmir. Bu barədə məlumat olduğu zaman ictimaiyyətə bildiriləcək”.

 

Qeyd edək ki, bir müddət əvvəl “Fatimeyi-Zəhra” məscidinin tikintisi yarımçıq dayandırılmışdı. Suraxanı rayon İcra Hakimiyyəti məscidin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdı, lakin dindarların etirazından sonra tikinti prosesinə icazə verildi.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi