Modern.az

Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü - Sabirabadda dəhşət

Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü - Sabirabadda dəhşət

Aktual

21 Avqust 2021, 07:26

Sabirabadda dəhşətli qətl hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndində qeydə alınıb.

 

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabadın Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.

 

İlkin məlumata görə, N.Məhərrəmovla həyat oldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi