Modern.az

Voleybolçularımız Avropa çempionatı ilə vidalaşdı

Voleybolçularımız Avropa çempionatı ilə vidalaşdı

Aktual

25 Avqust 2021, 21:01

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, millimiz AVRO-2021-də son matçına çıxıb.

 

Keçirdiyi ilk dörd qarşılaşmada uduzan millimiz Fransa ilə qarşılaşıb. AVRO-2021-də mübarizəni davam etdirmək şansı qalmayan komandamız üçün formal xarakterli matç da uğursuz alınıb. Millimiz yenə görüşdən xalsız ayrılıb. Voleybolçularımızın 5 matçda qazancı isə cəmi 1 set olub.

 

Beləliklə, komandamız A qrupunun oyunlarının keçirildiyi Serbiyada yarışla vidalaşaraq Bakıya xalsız qayıdır.

 

Qeyd edək ki, millimiz tarixində 9-cu dəfə qitə çempionatının final mərhələsinə qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir