Modern.az

Toylarla bağlı bugünkü qərarın İZAHI

Toylarla bağlı bugünkü qərarın İZAHI

Aktual

28 Avqust 2021, 13:14

Şənlik mərasimləri ilə bağlı qaydalara dəyişiklik edilib.

 

Nazirlər Kabinetindən yeni qərarla bağlı Modern.az-a bildirilib ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.

 

Yəni 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq olunacaq.

 

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU