Modern.az

Ramin Bayramlı villa tikdirir? – TƏBİB CAVAB VERDİ

Ramin Bayramlı villa tikdirir? – TƏBİB CAVAB VERDİ

Aktual

30 Avqust 2021, 09:26

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı iddialara cavab verib.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə qurumun rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir:

 

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, TƏBİB rəhbəri torpağın sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot ərazi alıb. R. Bayramlının tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığı qeyd olunur. Eyni zamanda, “Referans” klinikasının da ona məxsus olması barədə məlumatlar dərc olunub. Ərazidə aparılan çəkiliş zamanı R.Bayramlının qardaşı olduğunu deyən Razim Bayramlı villanın özünə məxsus olduğunu və arı təsərrüfatı hesabına başa gəldiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?