Modern.az

Tanışını bıçaqlayan şəxsin işi məhkəmyə göndərildi

Tanışını bıçaqlayan şəxsin işi məhkəmyə göndərildi

Aktual

30 Avqust 2021, 12:05

8 mart 2021-ci ildə 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Bu barədə Nərimanov Rayon Prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

İstintaqla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.

 

İş üzrə toplanmış sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?