Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib.