Modern.az

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTOLAR

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTOLAR

31 Avqust 2021, 12:34

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən tədbir keçirilib.

Modern.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir açıq hava şəraitində  təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, Türkiyə səfirliyinin nümayəndələri, deputatlar, türk iş adamları,  ictimaiyyət təmsilçiləri, Şəhid ailələri və Qazilər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq, bildiriblər ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Bbu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal xatırladıb ki,  1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.

Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırımı aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.

Zamin Zeynal onu da bildirib ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib.

Zəfər bayramını keçirməkdə əsas  məqsəd  Azərbayacan Prezidenti İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir millət, iki dövlət” deyiminə  ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir.

Zəfər bayramın mübarək Türkiyə və Azərbaycan!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu