Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112.58 faiz əməl edib.
Modern.az xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev “Twitter” hesabında məlumat yayıb.
S.Mehdiyev qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 313.97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.