Modern.az

Atasını baltalayan oğul məhkəməyə çıxarılır

Atasını baltalayan oğul məhkəməyə çıxarılır

Aktual

1 Sentyabr 2021, 15:28

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.

 

Quba Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.

 

Rəvan Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Rayon Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?