Modern.az

Bir doza qəbul edənlər də iaşə obyektlərinə buraxılacaq - DİN

Bir doza qəbul edənlər də iaşə obyektlərinə buraxılacaq - DİN

Aktual

1 Sentyabr 2021, 17:52

“İctimai iaşə obyektlərinə daxil olmaq üçün iki doza vaksin tələbi ilə bağlı qərara dəyişiklik edilib. Yanlış şərhdən söhbət gedə bilməz”.

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qərarı yanlış şərh etməsilə bağlı müzakirələrə aydınlıq gətirərkən bildirib.

 

Onun sözlərinə görə, vətəndaşlar iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara 1 oktyabra qədər 1 doza vaksin vurdurmaqla da daxil ola biləcəklər. Qərara dəyişikliyin ictimaiyyətin narazılığından qaynaqlanmasına gəlincə, E.Hacıyev bunun səbəbini bilmədiyini deyib.

 

Qeyd edək ki, DİN rəsmisi 1 sentyabrdan yalnız 2 dozada peyvəndlənən şəxslərin iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara daxil olmasına icazə verildiyini açıqlamışdı.

 

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov az əvvəl verdiyi açıqlamada oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslərin də iaşə obyektlərinə daxil ola biləcəklərini diqqətə çatdırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?