Modern.az

Şahbaz Quliyev yeni xanımının kimliyini gizlədir...

Şahbaz Quliyev yeni xanımının kimliyini gizlədir...

Aktual

2 Sentyabr 2021, 12:30

Ötən ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə ailə həyatı qurub. Onun evlilik xəbəri ictimaiyyət arasında maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

 

Keçmiş girov xəbəri təsdiqləsə də, yeni xanımının kimliyi barədə məlumat vermək istəməyib. Lakin sosial şəbəkədə gedən müzakilərdə Ş.Quliyevin həyat yoldaşının azərbaycanlı olmadığı, başqa bir millətin nümayəndəsi olduğu iddia edilir.

  

Modern.az-ın əməkdaşı iddialara aydınlıq gətirmək üçün, Ş.Quliyevlə əlaqə saxlayıb.

 

O, əsəbi şəkildə heç bir suala cavab verməyəcəyini söyləyib. Eyni zamanda bildirib ki, bundan sonra heç kim onun ailə işlərinə qarışmasın və bu mövzuda narahat etməsin. Əks təqdirdə məhkəməyə müraciət edəcəyini deyib.

 

Məlumata görə, Şahbazın əvvəlki həyat yoldaşı ondan ayrılıb. Belə ki, Albina Quliyeva (Veselova) vətəndaşı olduğu Rusiyaya qayıdıb.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?