Modern.az

Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi

Aktual

3 Sentyabr 2021, 10:16

Xəbər verildiyi kimi, 18 mart 2021-ci ildə Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Qobustan rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

 

İş üzrə toplanmış sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?