Modern.az

Gömrük Komitəsindən rüşvət qalmaqalı ilə bağlı AÇIQLAMA

Gömrük Komitəsindən rüşvət qalmaqalı ilə bağlı AÇIQLAMA

Aktual

3 Sentyabr 2021, 12:14

“Rüşvət almaqda təqsirli bilinən Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır”.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov Modern.az-a iddiaların həqiqətə uyğun olmadığını bildirib.

 

Qeyd edək ki, bəzi KİV-lərdə Dövlət Gömrük Komitəsinin müvafiq qurumları ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?