Rusiyada fəaliyyət göstərən radikal “Kişi dövləti” millətçi hərəkatının sədri Vladislav Pozdnyakovun Azərbaycanla sərhəddə saxlanılması barədə Rusiya KİV-i məlumat yayılmışdı.
Modern.az xəbər verir ki, onun barəsində cinayət işi açılmasından ehtiyatlanaraq ölkəni tərk etməyi planlaşdırdığı bildirilirdi.
Rusiyanın “RİA Novosti” agentliyi məsələ ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin Dağıstandakı Sərhəd İdarəsi ilə əlaqə saxlayıb. Dağıstanlı sərhədçilər Vladislav Pozdnyakovu saxlamadıqlarını bildiriblər.
“Olsa bilsin ki, Azərbaycan sərhədçiləri saxlayıb. Amma biz saxlamamışıq”,- deyə idarədən cavab verilib.
Analoji sorğu ilə Azərbaycan Sərhəd Qoşunlarına müraciət edən agentlik Pozdnaykovun burada da saxlanılmadığı barədə məlumat alıb.
Hazırda Vladislav Pozdnaykovun harada olması barədə dəqiq xəbər yoxdur.
Sonuncu dəfə “Tanuki” restoranlar şəbəkəsini boykot etməyə çağıran Pozdnyakov bu şəbəkənin bəzi restoranlarında yalandan bomba yerləşdirilməsi barədə telefon zəngləri etməkdə təqsirləndirilir. Ona qarşı “qəsdən terrorizm aktı barədə yalan xəbər vermə” maddəsi ilə iş açıla bilər.