Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Akop Aslanyan baş nazir Nikol Paşinyanı müdafiə edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, separatçı rejimin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndidə keçirilən tədbirlərə Paşinyanın qatılmaması barədə ittihamları cavablandırıb.
“Bəlkə Paşinyan özünü pis hiss edirdi, bəlkə daha vacib işi var idi. Bundan əlinizdən bayraq kimi istifadə etməyin”, - deyə deputat söyləyib.