Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.
Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.
Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: "Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir".
***
10:02
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzində kadr təyinatı olub.
Modern.az Report-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev Xidmətin mətbuat katibi vəzifəsinə təyin edilib.