Modern.az

Ağdamda ilk yanacaqdoldurma məntəqəsi açıldı - FOTO

Ağdamda ilk yanacaqdoldurma məntəqəsi açıldı - FOTO

Aktual

6 Sentyabr 2021, 12:07

İşğaldan azad edilmiş Ağdamda SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

 

Bu barədə Modern.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

 

İ.Əhmədov qeyd edib ki, bu, SOCAR-ın sayca 40-cı yanacaq doldurma məntəqəsidir:

 

“YDM-in istifadəyə verilməsi Qarabağda quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir”. 

 

SOCAR rəsmisinin sözlərinə görə, modul tipli məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?