Sentyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1.Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat
2.Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi
3.“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
4.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)