Modern.az

Azərbaycan hava sərhədlərini Ermənistan üçün açıb?

Azərbaycan hava sərhədlərini Ermənistan üçün açıb?

Aktual

9 Sentyabr 2021, 14:37

Dünən Dehli-Yerevan reysini həyata keçirən sərnişin təyyarəsi Azərbaycanın hava sərhədlərindən keçib.

 

Modern.az xəbər verir ki, bu barədə “Flightradar24” portalı məlumat yayıb.

 

İddia olunur ki, Hindistanın “SpiceJet” aviaşirkətinə məxsus təyyarə İran və Azərbaycan səmasından keçərək Yerevanın Zvartnots hava limanında eniş edib.

 

Xatırladaq ki, dünən Naxçıvan şəhərindən havaya qalxan təyyarənin Ermənistan ərazisindən keçməklə Gəncə hava limanına eniş etməsi barədə də məlumat yayılmışdı. 

 

AZAL KİV-də geniş yayılmış bu məlumata ötən gün dərhal reaksiya verib. Bildirilib ki, Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər