Modern.az

Peyvənd olunanların yeni STATİSTİKASI

Peyvənd olunanların yeni STATİSTİKASI

Aktual

9 Sentyabr 2021, 18:45

Azərbaycanda son sutkada 59268 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24270 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 34998 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 7430450 COVID-19 əleyhinə vaksin vurulub.

 

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4442484 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 nəfərdir.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?