Modern.az

Türkiyəli nazir: “Azərbaycan bizim rəqibimiz deyil”

Türkiyəli nazir: “Azərbaycan bizim rəqibimiz deyil”

Aktual

10 Sentyabr 2021, 10:42

“Azərbaycan və Türkiyə iqtisadi cəhətdən rəqib deyil, bir-birini tamamlayan iki ölkədir”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

 

Nazirin sözlərinə görə, bundan sonrakı mərhələdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur:

 

“İki ölkə arasında ticarət əlaqələri çox yaxşı səviyyədədir və bunun daha da inkişaf etdirilməsi planlaşdırılır: Azərbaycanın bütün sahələrində Türkiyə şirkətləri yer almaq istəyir. Bizim də nazir olaraq vəzifəmiz bu istiqamətdə əməkdaşlıqları təmin etməkdir”.

 

M.Muş deyib ki, bu, Türkiyə və Azərbaycan şirkətlərinin böyük uğurlara imza atması baxımından da önəmlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?