Modern.az

Parlamentdə bu mövzularda dinləmə keçiriləcək - SİYAHI

Parlamentdə bu mövzularda dinləmə keçiriləcək - SİYAHI

13 Sentyabr 2021, 15:42

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, parlamentin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qarşıdakı sessiyada  “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

 

Komitə sədri əlavə edib ki, “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələr keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər