Modern.az

Azərbaycanda ən çox bu firmaların telefonları satılıb

Azərbaycanda ən çox bu firmaların telefonları satılıb

Aktual

14 Sentyabr 2021, 08:36

2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

 

Modern.az xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzi məlumat yayıb.

 

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.

 

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.

 

"Apple" smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.

 

Azərbaycanın mobil qurğular bazarında digər markaların payı 5,5 faiz təşkil edib.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB