Modern.az

Daha bir komitə iclas çağırdı

Daha bir komitə iclas çağırdı

14 Sentyabr 2021, 13:00

Sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1.Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat.

 

2.Komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

 

3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər