Modern.az

Bulvarda gənc qız özünü dənizə atdı

Bulvarda gənc qız özünü dənizə atdı

Aktual

20 Sentyabr 2021, 08:00

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə bulvarda baş verib.

 

1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizkənarında gəzərkən suya atıb.

 

R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməksaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib.

 

Suda boğulma təhlükəsi ilə üzləşən qız 3 saylı şəhər xəstəxanaya çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi