Modern.az

Azad olunmuş ərazilərdə bələdiyyə seçkisi nə vaxt olacaq? 

Azad olunmuş ərazilərdə bələdiyyə seçkisi nə vaxt olacaq? 

21 Sentyabr 2021, 10:46

"Ötən yaz sessiyasında komitənin bir neçə iclası oldu. İclaslarda tarixi adların dəyişdirilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarıldı. Ermənistan tərəfindən saxtalaşdırılmış Azərbaycanın tarixi adlarının bərpası ilə bağlı müzakirələr apardıq. Proses bundan sonra da davam edə bilər".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.

 

Komitə üzvü qeyd edib ki, həmin ərazilər işğala məruz qaldığı üçün heç vaxt bələdiyyə seçkiləri keçirilməyib:

 

"Gələcək illərdə azad olunmuş ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulacaq. Bunun üçün həmin ərazilər minalardan təmizlənməli, soydaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılması üçün yenidənqurma və bərpa işləri aparılmalıdır. Bildiyimiz kimi, azad olunmuş ərazilərdə artıq nəhəng işlər görülür. İnfrastruktur layihələri həyata keçirilir. Ağdam və Şuşanın Baş planı təsdiqlənib. İnsanlar öz torpaqlarına qayıtdıqdan sonra bələdiyyə seçkiləri keçiriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!