Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb.
Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.