Modern.az

Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU

Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU

Aktual

28 Sentyabr 2021, 10:22

Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.

 

Xaçmaz Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd)  maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu