Modern.az

Daha bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Daha bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Aktual

29 Sentyabr 2021, 12:40

Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.

 

Marşrutun fəaliyyəti qeyd edilən əraziyə sabahdan təmin ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi