Modern.az

“Gürcü arzusu” qələbəsini elan etdi

“Gürcü arzusu” qələbəsini elan etdi

2 Oktyabr 2021, 20:34

Gürcüstanın “Qorbi” təşkilatı yerli seçkilərlə bağlı apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, “exit-poll”u “İmedi” telekanalı sifariş edib.

 

Nəticələrə görə, “Gürcü Arzusu” Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, “Gürcüstan naminə” partiyası 6,8 % səs əldə edib.

 

Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladze tutub.

 

“Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir