Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad edib, daha sonra ETSN-də Nazirliyin rəsmiləri ilə görüşüb.

 

 Görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.