Modern.az

Masazırda binada yanğın

Masazırda binada yanğın

14 Oktyabr 2021, 21:32

Abşeron rayonunun Masazır qəsəbəsində səkkizmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin (təmir olunur) eyvanında qaz sayğacı, pəncərə çərçivəsi və istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?