Modern.az

Formula yarışlarına görə İstanbulda otellərdə yer qalmayıb - FOTO

Formula yarışlarına görə İstanbulda otellərdə yer qalmayıb - FOTO

Aktual

9 Oktyabr 2021, 19:52

Türkiyənin Turizmin Tanıtımı və İnkişafı Agentliyinin (TGA)  təşkilatçılığı ilə dünyanın 20 ölkəsindən jurnalistlər  İstanbulda keçirilən Formula 1 Qran-Pri yarışlarını izləyir.

 

Onlar arasında Modern.az-ın təmsilçisi də var.

 

Formula 1 İstanbul Qran prisi çərçivəsində məşq yürüşləri dünən başlayıb.  Dünənki iki sessiyada protokola 36 yaşlı pilot Lyuis Hamilton başçılıq edib. O, İstanbul Parkı tarixində yeni rekorda imza atıb - 1 dəqiqə 23.804 saniyə. İkinci yer Ferrari sükanı arxasında olan Şarl Lekler çıxıb. O, liderdən cəmi 0,166 saniyə geri qalıb.

 

Bu gün İstanbul Park trekində üçüncü məşq  və sıralama yürüşü keçirilir. Təəssüf ki, aramsız yağan yağış da pilotlara problem yaradır - Formula 1 maşınları aramsız yağan yağış altında şütüməli olur.

 

Türkiyənin Qran-Prisi məxsusi olaraq yarışlar üçün şəhərin Asiya hissəsindəki İstanbul Parkında tikilmiş trekdə keçirilir.  İlk dəfə Türkiyədə Formula 1 yürüşləri 2005-ci ildə baş tutub və  2011-ci ilədək davam edib. 9 illik fasilədən sonra ötən il Türkiyədə yenidən Formula 1 yürüşlərinə start verilib. Lakin pandemiyaya görə keçən il yarışma izləyicisiz keçirilib.

 

Bu il isə yarışa 100 min bilet bir həftənin içində satılıb. İzləyicilərin təxminən yarısı xarici ölkələrdən gələnlərdir. İstanbulun Anadolu hissəsində otellərin hamısı 100 faiz dolub.

 

2021-ci ildə Türkiyəyə 10 komandanı təmsil edən 20 pilot gəlib. Yarış yolu 58 dövrə (5,3 km) təşkil edir.

 

Yarışın özü sabah baş tutacaq.

 

F.Əli, xüsusi olaraq Modern.az üçün

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular