Modern.az

Sabirabadda ev yandı

Sabirabadda ev yandı

20 Oktyabr 2021, 00:23

Sabirabad rayonunun Sarxanbəyli kəndində ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI