Modern.az

Merkeldən İran açıqlaması: \"Tehrana güvənirik...\"

Merkeldən İran açıqlaması: \

31 Oktyabr 2021, 10:09

Almaniyanın baş naziri Angela Merkel İtaliyanın paytaxtı Romada baş tutan G-20 dövlətlərinin zirvə görüşündə İranın nüvə proqramı məsələsinə toxunub.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, Almaniyanın hökumət başçısı bildirib ki, Tehranın uranı zənginləşdirməsindən Berlin çox narahatdır:

 

"Ümid edirik ki, İran diplomatik danışıqlar masasına geri dönəcək. Biz İrana güvənirik. Buna baxmayaraq, zaman keçir. İran uranı zənginləşdirməkdə davam edir. Bundan çox narahatıq. İranın nüvə silahına malik olmasının qarşısını kəsməliyik. Bunun üçün nələr edə biləcəyimizi danışmalıyıq. Ona görə də İranın nüvə proqramının qarşısını almaq üçün təcili olaraq bir masa ətrafında toplanmalıyıq. Özü də bunu çox təcili şəkildə, ən qısa zamanda etməliyik".

Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?