Hindistanda avtomobilin dərəyə düşməsi nəticəsində 11 nəfər ölüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Uttarxand ştatında avtomobilin dərəyə düşməsi nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları və xilasedicilər gəlib.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.