Rusiyada son sutkada COVID-19-dan maksimum ölüm halı qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 1178 nəfər koronavirusdan həyatını itirib. Bununla da, Rusiyada koronavirus səbəbindən ümumi ölüm sayı 240 871 nəfərə yüksəlib.
Eyni zamanda, ölkədə gün ərzində koronavirusa yoluxanların sayı daha 39 008 nəfər təşkil edib. Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 30 905 nəfər sağalıb və bu baxımdan ümumi say 7 412 631 nəfərə çatıb.