Noyabrın 5-də Litvanın Vilnüs şəhərində Baltik Assambleyasının 40-cı sessiyası keçiriləcək.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Milli Məclisin deputatları Azər Kərimli və Elnur Allahverdiyev iştirak edəcəklər.
Sessiyada “Baltikyanı ölkələrin regionun yenidən açılmasında əməkdaşlığı: böhranın təsirinin yumşaldılması üçün birgə tədbirlər və beynəlxalq əməkdaşlığın rolu”, “Baltikyanı ölkələrin enerji təhlükəsizliyi: Avropanın elektrik enerjisi şəbəkələri ilə sinxronizasiyadan sonrakı vəziyyət və qeyri-Avropa Birliyi ölkələri ilə enerji ticarəti”, “Baltikyanı ölkələrin Avropa İttifaqının xarici sərhədləri yaxınlığında təhlükəsizlik problemlərinin həllində rolu” və digər mövzularda müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Baltik Assambleyasının 2022-2023-cü illərdə Büniluks Parlamenti ilə əməkdaşlığı və bir sıra digər təşkilati məsələlərə də baxılacaq.