Deputat Fazil Mustafa "Azərxalça"nın sabiq sədri və bu gün vəfat edən Vidadi Muradovun həbsdən azad edilməsini cəmiyyətdə birmənalı qarşılamadığını bildirib.
Modern.az-ın xəbərinə görə, deputat parlamentdə çıxışında qeyd edib ki, biz müharibədən sonra ədaləti də işğaldan azad etməliyik:
"Bu günlərdə 34 milyon dövlətə ziyan vurmuş şəxsi həbsdən azad etdilər. O onkoloji xəstə olduğuna görə bu normal hal idi. Bu gün də həmin şəxs vəfat etdi. Amma cəmiyyət onun həbsdən azad edilməsini birmənalı qarşılamadı. Çünki bu hal hamıya şamil olunmur".