Modern.az

Daha bir canlıda koronavirus aşkar edildi

Daha bir canlıda koronavirus aşkar edildi

6 Noyabr 2021, 08:22

ABŞ-ın Kolorado ştatındakı zooparkda 2 kaftarda koronavirus aşkar edilib.

 

Modern.az-ın xəbərinə görə, bu, kaftarlar arasında Covid-19-a yoluxma ilə bağlı ilk faktdır. 22 və 23 yaşlı kaftarların koronavirus testi müsbət nəticə verib. Laboratoriya sınağını 2 ali məktəb təsdiqləyib.

 

Zoopark əməkdaşlarının dediklərinə görə, heyvanlarda koronavirusun yüngül əlamətləri var. Hər 2 kaftar öskürsə də, ümumən sağlamdır. Onların yaxın günlərdə tam sağalacağı gözlənilir. Parkda indiyədək 11 şir, 2 pələng və 1 canavar koronavirusdan sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat