Modern.az

Saakaşvilinin aclıq aksiyası yalan çıxdı

Saakaşvilinin aclıq aksiyası yalan çıxdı

7 Noyabr 2021, 13:38

"41-ci gün deyil, 37-ci gün aydın oldu ki, Saakaşvilinin aclıq aksiyası bir yalan imiş".

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun liderlərindən Mamuka Mdinaradze, Ədliyyə nazirinin Saakaşvilinin sıyıq yemək yeməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Saakaşvilinin aclıq aksiyası saxtadır:

 

"Daha bir yalan üzə çıxdı! Yəqin ki, saxta aclığa çox nadir rast gəlmisiniz və bunu başqa yalanların əsas təşkilatçısı vasitəsi ilə də gördük. Ötən gün barədə danışırdım, onsuz da bu addım gözlənilirdi. Bir neçə gün bundan əvvəl Saakaşvilinin aclığının 41-ci gününü gözlədiyimi, bu vaxt onun yenə də sağlam olacağını və gülünc hala düşəcəyini demişdim, lakin 41-ci gün deyil də, 37-ci gün aydın oldu ki, onun aclıq aksiyası bir yalan imiş".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi