Şabran rayonunun Rəhimli kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Modern.az MediaTürk TV-yə istinadən xəbər verir ki, Şabran Rayon İcra Hakimiyyətinin nümayənələri, şəhid ailələrinin üzvləri, rayon və kənd sakinləri də tədbirdə iştirak ediblər.
Abidə-bulaq kompleksində Rəhimli kəndinin şəhidləri ilə yanaşı, qonşu kəndlərdəki Vətən müharibəsi şəhidlərinin də barelyefləri yer alıb. Tədbir iştirakçıları şəhidlərimizin şücaəti ilə bağlı müxtəlif çıxışlar edib.