Modern.az

Kişinyovda Zəfər gününə həsr olunmuş barelyef - FOTO  

Kişinyovda Zəfər gününə həsr olunmuş barelyef - FOTO  

7 Noyabr 2021, 21:11

8 noyabrda saat 12.00-də (Bakı vaxtı ilə saat 14.00-də) Kişinyovda Azərbaycanın Səfirliyinin qarşısındakı Azərbaycan guşəsində 8 noyabr Zəfər gününə həsr olunmuş barelyefin təntənəli açılış mərasimi keçiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, barelyefin üzərində zəfərin rəmzi olan “Dəmir yumruq” və sülhün rəmzi olan - “Xarı bül-bül” əks olunub. Həmçinin barelyefdə üç dildə-azərbaycan, rumın və ingilis dillərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ- Azərbaycandır. Biz bundan sonra qalib ölkə və müzəffər xalq kimi əbədi yaşayacağıq” sözləri yazılıb. Bundan başqa “Dəmir yumruğun” altında üç dildə “Bizim birliyimiz-bizim gücümüzdür” şüarı əks olunub.

 

Açılışda rəsmi şəxslərin, Moldovada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, Azərbaycan diasporunun üzvlərinin və yerli KİV nümayəndələrinin iştirakı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi