Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Modern.az xəbər verir ki,bu məqsədlə sosial şəbəkələrdə paylaşım edən nazir yazıb:
“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarı bülbül çiçəyi coşqu ilə açılır.
Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!”.