Ermənistanda 9 uşaq zəhərlənib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxt İrəvanda 9 uşağın zəhərlənmə hadisəsi baş verib.
Uşaqlardan 8-i Muratsan Universitetinin xəstəxanasına, 1-i isə Milli Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.
Bildirilib ki, onların nədən zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.