Son sutka ərzində Almaniyada koronavirusa 50 196 nəfər yoluxma halı qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hal koronavirus başlayanda yoluxmanın ən pik nöqtəsidir.
Ümumilikdə koronavirusa yoluxanların sayı 4 844 054 nəfər təşkil edir.
Gün ərzində 235 nəfər koronavirus xəstəsi ölüb. Beləliklə, ölənlərin sayı 97 198 nəfərə çatıb.