Kuba “Facebook”u ölkədəki müxaliflərə yardım etməkdə ittiham edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriguez hökumət əleyhinə qrupların onlara icazə verilməsə də, noyabrın 15-də yürüş etmək istədiklərini bildirərək, sosial şəbəkələrdə qruplar yaratmaq üçün Facebook-dan dəstək aldıqlarını bildirib.
Rodrigez bu qrupların əksəriyyətinin ABŞ-da yaşadığı bilinən insanlar tərəfindən təşkil edildiyini deyib.