“Amnitsiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz”.
Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı “Konstitusiya Araşdırmaları”Fondunun prezidenti , ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən ciddi nəzarət var:
“Düşünürəm ki, amnitsiya aktının icrası 4 ay müddətinə başa çatdırılması qoyulsa da, 1 ay müddətinə proses yekunlaşacaq. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə məlumatlar veriləcək. Amnitsiyaya düşən məhkumların ailələrini təbrik edirəm”.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova əlavə edib ki, amnitsiya ilə bağlı daxil olan müraciətlər incələnəcək:
“Qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək. Bu mövzuda ciddi nəzarət tətbiq edilir. Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.